Ondan imtina etsəniz: 10 günə ölə bilərsiniz

Ondan imtina etsəniz: 10 günə ölə bilərsiniz

Duzdan tamamilə imtina edən insan yalnız 10 gün və ya bir az daha çox yaşayacaq.

Cebhe.info xəbər verir ki, bu iddia ilə idman həkimi, sağlam həyat tərzi mütəxəssisi Aleksandra Çistyakova çıxış edib.

O, Lenta.ru-ya müsahibəsində duzun pəhrizdən tamamilə çıxarılmasının təhlükələrindən danışıb:

“İnsan bədənindəki hər bir hüceyrənin varlığını kalsium, natrium və kalium ionları təmin edir. Duzu pəhrizdən tamamilə çıxarsanız, bədənin daxili ehtiyatları 10-12 gün davam gətirəcək”.

Onun sözlərinə görə, qida duzu ilə bədən hüceyrələr üçün lazım olan natrium və xlor alır, bu da mədədə xlorid turşusu yaratmaq üçün lazımdır.

O, duzun istehlak miqdarını da açıqlayıb. Gün ərzində bütün yeməklərə iki-üç qram duz əlavə edilməlidir. Eyni zamanda, bir insan ərzaq məhsullarından təxminən gün ərzində 10 qram daha çox duz qəbul edir:

"ürək çatışmazlığı diaqnozu qoyulmuş və gündə 2,5 qramdan az duz qəbul edən 3500 xəstənin iştirak etdiyi araşdırma vaxtından əvvəl ölüm riskinin 80 faiz artdığını göstərdi".

Xəzər
Cebhe.info