Orqanizmdə iltihaba səbəb olan qidalar: Həkim sadaladı

Orqanizmdə iltihaba səbəb olan qidalar: Həkim sadaladı

Rusiyalı məşhur endokrinoloq Yekaterina Yanq orqanizmdə iltihaba səbəb olan qidaları sadalayıb.

“Cebhe.info” xəbər verir ki, həkim arıqlamanın səbəblərindən biri kimi xroniki iltihabı göstərib. Sağlam olmayan qidalar siyahısına şəkər, fruktoza, dadlandırıcılar, spirt, bitki yağları, süd məhsulları, paxlalılar, soya, qlüten və trans yağlı qidalar daxildir.

Mütəxəssis öz “Telegram” kanalında yağlarda Omeqa-3 və Omeqa-6 yağ turşularının balansının vacibliyini qeyd edib. Onun sözlərinə görə, Omeqa-6 norması bədəni qoruyur:

"Qarğıdalı, küncüt, günəbaxan, balqabaq və soya yağları yüksək miqdarda Omeqa-6 ehtiva edir və bu, həddindən artıq istehlak edildikdə xroniki iltihaba səbəb ola bilər. 

“Fast food”, emal edilmiş qidalar, çipslər, ketçuplar və mayonezlərə gəlincə, onlar damarların optimal tonusunu saxlayan, onların daralmasının qarşısını alan və bununla da qan axını yaxşılaşdıran prostasiklin sintezini azaldır”. 

Həkim xəbərdar edib ki, nəticədə tromboz riski kəskin şəkildə artır. 

Xəzər
“Cebhe.info”