Pandemiya dövrünün ən məşhur iddiası gerçəkləşir: İnsana çip yerləşdirilməsi başlayır

Pandemiya dövrünün ən məşhur iddiası gerçəkləşir: İnsana çip yerləşdirilməsi başlayır

İlon Maska məxsus “Neuralink” şirkəti insan beyninə çiplərin implantasiyası üçün klinik sınaqların keçirilməsinə rəsmi icazə alıb.

Çipin köməyi ilə kompüterləri və digər elektron cihazları düşüncə gücü ilə idarə etmək mümkün olacaq.

Cebhe.info xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) bu texnologiyaya ilk cəhddən çox sonra yaşıl işıq yandırıb. Aydındır ki, “Neuralink” FDA-nı bu cür tədqiqatların təhlükəsizliyinə inandıra bilib və nəticə ortadadır. Həm də görünür ki, Mask daha əvvəl olduğu kimi heyvanlar üzərində qeyri-etik təcrübələr ittihamlarına cavab vermək məcburiyyətində qalmayacaq.

Hazırda İlon Mask tərəfindən təsis edilən Amerikanın “Neuralink” neyrotexnologiya şirkəti implantasiya edilə bilən beyin-kompüter interfeysləri (beyin və elektron cihazlar arasında birbaşa məlumat mübadiləsi üçün qurğular) hazırlayır.

Hələ 2017-ci ildə Mask bildirib ki, şirkət birinci fazada diqqəti beyindəki anormallıqları, o cümlədən depressiya, autizm və şizofreniya kimi xəstəlikləri düzəltmək, həmçinin piylənmə ilə mübarizə aparmağa kömək edəcək cihazların hazırlanmasına yönəltmək niyyətindədir.

Eyni zamanda, tədqiqatın son məqsədinin “bəşəriyyəti təkmilləşdirməkdən” başqa bir şey olmadığı vurğulanıb. Beləliklə də “hamıya çip yerləşdirəcəklər” iddaiasını təsdiqləmiş olub.

“Beyin-kompüter interfeysləri həyatı yaxşılığa doğru dəyişə bilər. Biz bu texnologiyanı laboratoriyadan insanların evlərinə aparmaq istəyirik”, – deyə şirkətin saytındakı məlumatda deyilir. Məlumatı oxuyanlar deyirlər ki, bu, “SpaceX” şirkətinin bəşəriyyəti Marsa köçürmək planlarından daha iddialı səslənir.

2019-cu ildən bəri Mask “Neuralink”-in insanlar üzərində sınaqlarına başlayacağına dair bir neçə dəfə söz verib. Eyni zamanda, o, hazırlanmış çiplərin təhlükəsizliyinə o qədər arxayındır ki, hətta onları uşaqlarına implantasiya etməyə hazır olduğunu iddia edib.

Bununla belə, “Neuralink” 2022-ci ilə qədər FDA-nın rəsmi təsdiqini tələb etməyib. Sonradan rəsmi müraicət edilsə də, ərizə ilə bərabər ictimaiyyətə kursoru idarə etmək, ekrana mətn daxil etmək və hətta Pong oynamaq üçün beyin implantından istifadə edən bir meymunun göstərdi. Lakin laskın şirkətinin “möhtəşəm təqdimat” kimi təqdim etdiyi bu iş də rədd edildi. Ancaq indi rəsmi icazə verilib.

Eyni zamanda, Mask təxminən altı ay ərzində “Neuralink”-in insana ilk çipi yerləşdirə biləcəyini söyləyib. Onun sözlərinə görə, şirkətin bütün ehtiyat tədbirlərinə riayət edərək mümkün qədər diqqətli davranacaq.

2022-ci ilin martında “Reuters” yazırdıki, FDA Maskın şirkətinin icazə üçün ərizəsinə baxdığı zaman onlarla problem müəyyənləşdiriib və onların insan sınaqları başlamazdan əvvəl həll edilməsini tələb edib. Xüsusilə, implantın kiçik hissələrinin implantasiya yerindən beynin digər nahiyələrinə keçə biləcəyi qorxusu olduğundan şirkət bunun olmayacağına əməli təminat verməlidir.

FDA-nın “Neuralink”-də təcrübələrin başlanmasını təsdiqləmək üçün hazırkı qərarı "bir gün texnologiyamızın bir çox insana kömək etməsinə imkan verəcək mühüm addım" adlandırılıb. Eyni zamanda, şirkət hələ ki, çiplərin implantasiyası üçün könüllülərin işə götürülməsinə başlamadığını qeyd edərək. Bu barədə elan daha sonra yayınlanacaq.

CNN mövzu ilə bağlı bildirib ki, “Neuralink”-in əsas mesajı bir çox etik və sosial-siyasi suallar doğurur. Bununla belə, çiplərin implantasiyasının tərəfdarları da az deyil. Onlar iddia edirlər ki, bu cür qurğular bir çox insanın, xüsusən də amputasiya olunmuş şəxslərin həyatını yaxşılığa doğru dəyişə bilər.

Onu da qeyd etmək lazımdır ki, “Neuralink” Mask bu cür araşdırma aparan yeganə Qərb şirkəti deyil. Hətta Rusiyada da belə texnologiyalarla məşğuldurlar. Məsələn, 2009-cu ildən “NeuroG” layihəsi fəaliyyət göstərir ki, onun məqsədi insanlar tərəfindən vizual təsvirlərin tanınması üçün universal alqoritmlərin yaradılmasıdır. 2015-ci ildə Rusiyanın Birləşmiş Alət İstehsal Korporasiyası bioloji robot ekzoprotezləri idarə etməyə imkan verən qeyri-invaziv beyin-kompüter neyron interfeysini sınaqdan keçirməyə başlayıb.

2019-cu ildə xəstənin beyninə implantasiya edilmiş kortikal sensorlar əsasında əks əlaqə ilə ikiqat protez əl sınaqdan keçirilib.
Beynə çip yerləşdilməsi barədə söhbətlər xüsusilə koronavirus pandemiya dövründə sürətlə yayılıb. Hətta koronavirusa qarşı peyvəndlərin bu məqsədlə yaradıldığı iddia edilib.

Xəzər
Cebhe.info