Payızda insanlarda sevinc hormonu azalır: Ona görə də...

Payızda insanlarda sevinc hormonu azalır: Ona görə də...

Payızda, havalar soyuyanda insan da çox yatmaq istəyir.

Bunun səbəbləri müxtəlifdir. 

Cebhe.info xəbər verir ki, endokrinoloq Svetlana Şokur insanların payızda daha çox yatmaq istəmələrinin səbəbini açıqlayıb.

O deyir ki, payız günəşi çox vaxt D vitamini istehsal etmək üçün lazımi miqdarda günəş işığı vermir:

“Bundan əlavə, payızda sevinc hormonu dopaminin səviyyəsi azala bilər və stresli vəziyyətlərin ehtimalı da artır”.

Mütəxəssis sinir sistemini dəstəkləmək üçün maqnezium içməyi tövsiyə edir. Bu, daimi depressiv əhval-ruhiyyə, qıcolmalar, əzələ artılmaları  üçün faydalıdır.

Həkim payızda antioksidant və C vitamini olan qidaların qəbulunun vacibliyini də qeyd edib. Bu baxımdan o, sitrus meyvələri, duzlu kələm və bibərdən daha çox istifadəni məsləhət görür.

Xəzər
Cebhe.info