Psixoloq: Yediyiniz çipsə baxıb xarakterinizi söyləmək olar

Psixoloq: Yediyiniz çipsə baxıb xarakterinizi söyləmək olar

Çips seçimi insanların xarakterindən xəbər verir.

Cebhe.info xəbər verir ki, bu barədə Psixoloq Emma Kenni danışıb. O, duz, sirkə, pendir, soğan, karides və souslu çipsləri çeşidləyib.

Psixoloqun fikrincə, duzlu sadə çipslərə üstünlük verən insanlar daha balanslıdır və dramatikliyə meyilli deyillər. İstənilən mürəkkəb problemlərin həllinə metodik yanaşırlar.

Sirkəli çipləri seçən insanlar hər şeyi həddindən artıq analiz edir, ifrata varırlar. Saxtakarlıq sindromuna və tükənməyə meyllidirlər. Müvəffəqiyyət üçün həmişə özlərini layiqincə mükafatlandırmırlar.

Pendir və soğan çipslərinin pərəstişkarları nə istədiklərini dəqiq bilirlər və hər şeyi həyatdan almağa çalışırlar. Bu xarakterə malik insanlar inadkardırlar, lakin onların bir çox mühakimələri və fikirləri uzun müddətdə həqiqətən də doğru olur.

Lakin psixoloq nəticə çıxarmaq üçün hansı elmi metoddan istifadə etdiyini izah etməyib, ona görə də onların doğruluğunu yoxlamaq mümkün deyil.

Xəzər
Cebhe.info