Qadın metroda uşaq dünyaya gətirdi

Qadın metroda uşaq dünyaya gətirdi

ABŞ-nin Nyu-York şəhərində Manhetten metrosunda bir qadının halı pisləşib və digər sərnişinlər ona kömək ediblər.

“Cebheinfo.az” xəbər verir ki, vaqonun döşəməsinə yatırılan qadının uşaq dünyaya gətirdiyi məlum olub.

Körpəsini sağlam şəkildə dünyaya gətirən 25 yaşlı qadının ailəsi tərəfindən aylar əvvəl itkin düşdüyü elan edilən Cenni Sen Pyer olduğu ortaya çıxıb. 

Doğum anının görüntüləri sosial şəbəkədə paylaşılanda qadının bacısı onu çantasından tanıyıb. 

Şizofreniya xəstəliyindən əziyyət çəkən gənc qadını götürmək üçün ailəsinin Floridadan Nyu-Yorka gələcəyi qeyd edilib. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”