Qarabağdan gedən erməniləri Macarıstanda döyüblər
Macarıstanın paytaxtı Budapeştdə valideynləri ilə bərabər Qarabağdan gedən 12 və 14 yaşlı iki erməni yeniyetmə macar dilini zəif bildikləri üçün eyni sinifdə oxuyan şagirdlər tərəfindən döyülüblər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə vəkil Rafael Martirosyan deyib.
“Müxtəlif siniflərdə oxuyan məktəblilərə dərslərdən sonra sinifdəki bütün oğlanlar (təxminən 14 məktəbli), necə deyərlər, “yaxşı dərs” keçib. Nəticədə döyənlər onlar polis nəzarətinə aparılıblar, məktəbdən uzaqlaşdırılıblar və valideynləri cərimə ödəməyə məcbur olublar. Budapeşt məhkəməsi valideynlərin şikayətinə baxaraq, meriyanın qərarını qanunsuz elan edib. Ukraynalı qızlar erməni uşaqlarına dəstək olublar”, -deyə o yazıb.
Xəzər
“Cebheinfo.az”