“Qəhvəni şeytanlaşdırmayın”: Həkim tövsiyəsi

“Qəhvəni şeytanlaşdırmayın”: Həkim tövsiyəsi

Bəziləri səhər saatlarında qəhvə içir və bunun onları gün ərzində gümrah saxlayacağına inanırlar. 

“Cebhe.info” xəbər verir ki, endokrinoloq Roman Teruşkin hansı hallarda insanın qəhvə içdikdən sonra özünü şən və gümrah hiss etmədiyindən danışıb. 

Həkimin sözlərinə görə, artıq qəhvəni stress faktoru kimi qəbul etməyən və cavab olaraq kortizol və adrenalin istehsal etməyən böyrəküstü vəzilərin tükənməsi səbəbindən canlandırıcı içkinin təsiri zaman keçdikcə zəifləyə bilər.

Bundan əlavə, insanların kofeinə qarşı fərqli həssaslığı var.

"Bəziləri üçün bir fincan içdikdən sonra qan təzyiqi yüksəlir, digərləri üçün isə əksinə, azalır",- deyə mütəxəssis vurğulayıb.

Ümumiyyətlə, Teruşkin qəhvəni "şeytanlaşdırmamağa" çağırdı:

Süd və şəkər əlavə edilməmiş təbii içki bədənə zərər vermir. Bu arada latte və kapuçino qanda insulin səviyyəsini artırır”.

Xəzər
“Cebhe.info”