Qoz qabığının orqanizmə FAYDALARI

Tərkibində zülal, lif, “Omeqa 3”, “Omeqa 6” yağı, kalsium, dəmir, sink, maqnezium, fosfor, mis, selen, manqan mineralları və A, B1, B2, B6, C vitaminlərini birləşdirən qozun qabığı da sağlamlıq üçün çox faydalıdır.
"Cebhe.info" xəbər verir ki, qoz və onun qabıqları qədim zamanlardan tibbdə müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə edilib.
*Qoz qabığı bəzi xəstəliklərin müalicəsində dərman kimi istifadə edilməklə yanaşı, saç, dırnaq və dəri baxımı üçün də kosmetik məhsuldur.
*Qozun qabığını suda dəmləmək saç üçün çox faydalıdır. Bu müalicəvi dəm saçın parlaqlığını artırır və zədələnmiş saçları daha da gücləndirir. Saçlarımız kəpəkdən xilas olur. Bu şəkildə hazırladığımız su ilə hər gün saçlarımızı yusaq, ağaran saçlarımız da azalacaq.
*Qoz qabığı suyunu dırnaqlarımızda da istifadə edə bilərik. İncə və kövrək dırnaqlara çəkilməsi ilə dırnaqların daha möhkəm və sağlam uzanmasını təmin edir.
*Qozun qabığını dəmləyib çay kimi içmək soyuqdəymə və öskürəyə də yaxşı təsir edir. Eyni qarışığı gündə iki stəkan içməklə bağırsaqlardakı qurdlara qarşı müalicə kimi istifadə etmək olar.
Naibə
"Cebhe.info"