Saç tökülməsi olan xəstələrə yeni ümid

Saç tökülməsi olan xəstələrə yeni ümid

Massaçusets Texnologiya İnstitutu, Brigham və Qadın Xəstəxanası və Harvard Tibb Məktəbinin tədqiqatçıları saç tökülməsinə səbəb olan və uşaqlar da daxil olmaqla, bütün yaşlarda olan insanlara təsir edən otoimmün xəstəlik olan alopesiya isata üçün potensial yeni müalicə üsulu hazırlayıblar.

"Cebhe.info" xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun saytı yazıb.

Bu tip saç tökülməsi olan xəstələrin əksəriyyəti üçün effektiv müalicə yoxdur. Komanda, baş dərisinə ağrısız şəkildə tətbiq oluna bilən və otoimmün hücumu dayandıraraq bölgədə immun reaksiyasını tarazlaşdırmağa kömək edən dərmanlar buraxan mikro iynə yamaq hazırlayıb.

Siçanlar üzərində aparılan bir araşdırmada, tədqiqatçılar bu müalicənin saçların yenidən böyüməsinə imkan verdiyini və bədənin başqa yerlərində sistematik immun təsirlərdən qaçaraq müalicə yerində iltihabı əhəmiyyətli dərəcədə azaltdığını tapılbar. Tədqiqatçılar deyirlər ki, bu strategiya vitiliqo, atopik dermatit və sedef kimi digər otoimmün dəri xəstəliklərinin müalicəsi üçün də uyğunlaşdırıla bilər.

Xəzər

"Cebhe.info"