Şahzadə Uilyam və Keyt Middlton İordaniya şahzadəsinin toyunda - VİDEO

Şahzadə Uilyam və Keyt Middlton İordaniya şahzadəsinin toyunda - VİDEO

Şahzadə Uilyam və Keyt Middlton İordaniyada şahzadə Hüseynin Rəcva Əl Saiflə toyunda qonaq olublar.

Mərasimə və sonrakı şənliklərə Haşimilər kral ailəsinin üzvləri, ərəb və digər dövlətlərin başçıları, yüksək vəzifəli şəxslər dəvət olunublar.

Bildirilir ki, Uels şahzadələri övladları Corc, Şarlotta və Lui olmadan İordaniyaya gəliblər.

Qeyd edək ki, Vəliəhd Hüseyn və Rəcva Əl-Saif iyunun 1-də Əmmandakı Zəhran Sarayının bağlarında islam qaydalarına uyğun nikah mərasimilə ailə qurublar. Toyda 140-a yaxın qonaq iştirak edib.

Cebhe.info