Şəkər xəstəliyindən qoruyan ən ucuz məhsul

Şəkərli diabetin inkişaf riskini azaldan və həmçinin aterosklerotik lövhələrin meydana gəlməsinin qarşısını alan bir məhsul məlum olub.
“Cebhe.info” xəbər verir ki, rusiyalı kardioloq Herman Qandelman Birinci Kanalda televiziya şousu zamanı bu barədə danışıb.
O izah edib ki, bitki mənşəli məhsul olan arpanın tərkibində xolesterin yoxdur, lakin pis xolesterolun udulmasının qarşısını alan pəhriz lifi var.
Öz növbəsində, oftalmoloq Mixail Konovalov qeyd edib ki, arpa tərkibindəki manqan sayəsində hüceyrənin insulinə həssaslığını yaxşılaşdırmağa kömək edir və qanda şəkərin miqdarını azaldır.
“Ona görə də məhsul şəkər xəstəliyinin yaranmasının qarşısını ala bilər”, -deyə həkim əlavə edib.
Xəzər
“Cebhe.info”