"Səssiz insult"u belə tanıyın - ƏLAMƏTLƏR

"Səssiz insult"u belə tanıyın - ƏLAMƏTLƏR

Sinir hüceyrələrinin ölümü ilə işemik zonalar meydana gətirən "səssiz insult" və ya beyin damarlarında qan axınının pozulmasını bilmək çətindir.

Lakin xəstəliyin inkişafını göstərə biləcək bəzi əlamətlər var. 

“Cebheinf.az” xəbə verir ki, bunu nevroloq Natalya Şipitsina deyib.

O bildirib ki, ilk əlamətlərə başgicəllənmə, eşitmə qabiliyyətinin itirilməsi, qulaqda səs-küy və nitq pozğunluğu daxildir.

Bu vəziyyətdə qolların, ayaqların qısamüddətli uyuşması və ya əzalarda zəiflik beyində artıq formalaşmış işemiya fokusunu göstərə bilər.

Risk qrupuna hipertoniya, şəkərli diabet, müxtəlif ürək ritm pozğunluqları olan xəstələr və karotid arteriyalar sahəsində aterosklerotik lezyonlar diaqnozu qoyulmuş insanlar daxildir.

Tez-tez "səssiz insult"un tətikləyiciləri kimi hərəkətsizlik, fiziki fəaliyyətin olmaması, həddindən artıq şirniyyat və yağlı qidalarla zəif qidalanma və piylənmə göstərilir.

Xəzər
“Cebheinfo.az”