Stresi azaldan yeməklər: Həkim sadaladı

Stresi azaldan yeməklər: Həkim sadaladı

Orqanizmin stresin öhdəsindən gəlməsinə kömək etmək üçün bəzi yeməklər faydalıdır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə dietoloq İnna Piçugina danışıb.

Onun sözlərinə görə, belə bir vəziyyətdə insan hüceyrələri oksidləşmədən və zədələnmədən qoruyan antioksidantlarla zəngin qidalara ehtiyac duyur. Həkim “Moskva” agentliyinə müsahibəsində C, E, A vitaminləri, beta-karotin, selenium, yaşıl çay ekstraktı, Omeqa-3, astaksantin, likopen, Q10 koenzimi və resveratrol kimi faydalı maddələrin antioksidant xüsusiyyətlərə malik olduğunu qeyd edib.

Piçugina stresslə mübarizə aparmaq üçün pəhrizə yumurta, pendir, balıq, treska ciyəri, avokado, qoz-fındıq, yosun, qırmızı balıq və kürü daxil etməyi məsləhət görüb:

“Bundan əlavə, mavi və bənövşəyi giləmeyvə, həmçinin qırmızı və çəhrayı tərəvəz və meyvələr fayda verəcək”.

Eyni zamanda, dietoloq yağdan imtina etməməyə, marqarin, mayonez, fastfud və tərəvəz kremi də daxil olmaqla zərərli qidaları unutmağa çağırıb.

Xəzər
“Cebheinfo.az”