Telefon beyin xərçəngi riskini artırır?

Telefon beyin xərçəngi riskini artırır?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mobil telefondan həddindən artıq istifadənin beyin xərçəngi yarada biləcəyi ilə bağlı suallara cavab açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, yeni araşdırma cib telefonlarının beyin xərçəngi riskində heç bir artıma səbəb olmadığını göstərib.

1994-cü ildən bəri onlarla araşdırmanın yer aldığı son araşdırma cib telefonlarından çox istifadə edən insanlar arasında belə xərçəng faizinin artmadığını göstərib.

Araşdırmanın aparıcı müəllifi, Avstraliya Radiasiya və Nüvə Mühafizəsi Agentliyinin eksperti Ken Karipidis bildirib ki, telefonlardan istifadə göz zəifliyi kimi xəstəliklər yaratsa da, xərçəng kimi ciddi xəstəliklərə səbəb olmur. 

Bu araşdırma, Avstraliya hökuməti də daxil olmaqla 10 ölkədən 11 alim tərəfindən aparılıb.

Naibə
"Cebheinfo.az"