Tviter maliyyə böhranı yaşayır

Tviter maliyyə böhranı yaşayır

Sosial media platforması tviter maliyyə böhranı ilə üzləşib.

Platforma "Blue Tick" ("Mavi işarə") xidmətində dəyişiklik etdikdən sonra iqtisadi böhran yaşayıb.

Cebhe.info xəbər verir ki, tviter bir müddət öncə "Mavi işarə " xidmətini aktivləşdirmişdi.

Məlumatlara görə, 2022-ci ilin ikinci rübündə tviterin əməliyyat xərcləri 730 milyon dollara çatıb.

"Mavi işarə" abunəliyi isə platformaya cəmi 11 milyon dollar töhfə verib. Bu xüsusiyyət şirkətə bu il təxminən 28 milyon dollar gəlir gətirəcək.

Sözügedən “Blue Tick” vebsayt vasitəsilə alınarsa 8 dollara, "Android" və ya "iOS" tətbiqləri ilə alınarsa ayda 11 dollara başa gəlir.

Qeyd edək ki, milyarder iş adamı İlon Mask tərəfindən satın alınan tviter son zamanlar maliyyə böhranı yaşamaqdadır.

Günay Şahmar
Cebhe.info