Ürəyinizi yaxşı işlədəcək ərzaqlar: Süfrədən əskik etməyin

Dietoloq Yevgeni Arzamastsev ürəyin yaxşı işləməsinə təsir edən ərzaqlardan danışıb.
Cebhe.info xəbər verir ki, onun sözlərinə görə, kartofun tərkibində çox miqdarda nişasta olduğu üçün onu çox adam sevmir. Bu arada kartof ürək üçün faydalı olan kalium və maqneziumla zəngindir. Arzamastsev yeməyin ürəyə fayda verməsi üçün qaynadılmış kartofa üstünlük verməyi məsləhət görür:
“Kartofdan olan kalium su-duz balansını normallaşdırır. Kifayət qədər miqdarda maqnezium ürək hüceyrələrinin fəaliyyətini yaxşılaşdıracaq və orqanı sürətli aşınmadan qoruyacaq”.
Tərkibində kalium olan pomidor, tərkibindəki maqnezium sayəsində qoz-fındıq, omeqa-3 yağ turşuları ilə zəngin olan avokado, balıq və bitki yağları da ürəyə müsbət təsir edir.
Xəzər
Cebhe.info