Uşaqlarda nadir görülən xəstəliyin müalicəsi tapıldı
Florida Dövlət Universitetinin tədqiqatçıları onkoloqlara uşaqlarda beyni xərçəngi ilə mübarizədə daha bir vasitə veriblər.
“Cebheinfo.az” “Bioactive Materials” jurnalına istinadən xəbər verir ki, Kimya və Biokimya Departamentinin professoru Qing-Xiang Sangın rəhbərlik etdiyi tədqiqat qrupu nadir görülən xəstəlik- uşaqlarda beyni xərçəngi ilə mübarizə qabiliyyətini artırmaq üçün təbii öldürücü hüceyrələri gücləndirmək qabiliyyətini üzə çıxarıb.
Təbii öldürücü hüceyrələr bütün xərçəng növlərini hədəfə ala bilər və əvvəlki tədqiqatlar onların terapiya kimi effektivliyini araşdırıb. Lakin bu, təbii öldürücü hüceyrələrin bədxassəli rabdoid şiş kimi tanınan xüsusi xərçəng növünü məhv etmək qabiliyyətini sınaqdan keçirən ilk araşdırmadır. Bu şiş mərkəzi sinir sistemində görünəndə atipik teratoid rabdoid şiş adlanır. Nadir xəstəlik olsa da, 3 yaşa qədər uşaqlarda mərkəzi sinir sisteminin bütün şişlərinin 20%-ni təşkil edir.
Tədqiqatçılar insanın yaratdığı pluripotent kök hüceyrələrdən təbii öldürücü hüceyrələr əldə ediblər. Dəri və ya qan hüceyrələrindən embrion vəziyyətinə yenidən proqramlaşdırılaraq, onların insan orqanizmində istənilən növ hüceyrəyə çevrilməsinə imkan yaradıb.
Xərçəng xəstələri üçün istifadəyə hazır terapiya hazırlamaq üçün daha çox iş tələb olunsa da, tədqiqatlar göstərir ki, insan tərəfindən pluripotent kök hüceyrələrdən əldə edilən təbii öldürücü hüceyrələr uşaq beyin şişlərinin müalicəsi üçün gələcək dərmanlar üçün əsas ola bilər.
"Bu nəticələr beyin xərçəngi olan uşaqlar üçün daha təhlükəsiz və effektiv immunoterapiyanın inkişafına yol açır", - deyə alimlər qeyd edirlər.
Xəzər
“Cebheinfo.az”