“WhatsApp” daha bir yeniliyə hazırlaşır

“WhatsApp” daha bir yeniliyə hazırlaşır

"WhatsApp" mesajlaşma proqramı tətbiq profil şəkillərinin skrinşotlarının qarşısını alacaq yeniləmə üzərində işləyir.

"Cebhe.info" xəbər verir ki, məlumata görə, istifadəçi məxfiliyini artırmağı hədəfləyən xüsusiyyət üzərində sınaqlar aparılır.

Yeni funksiya istifadəçilərin digər istifadəçilərin profil şəkillərinin skrinşotlarını çəkməsinin qarşısını alacaq.

Profil şəklinin skrinşotunu çəkməyə çalışdığınız zaman görünən xəbərdarlıq mesajında ““WhatsApp”-da hər kəsin məxfiliyini qorumaq üçün skrinşotlar bloklanıb” yazılır.

Hələ yayımlanmamış bu funksiya insanların profil fotolarından icazəsiz istifadənin qarşısını tamamilə almasa da, azalda bilər.

Naibə
"Cebhe.info"