“WhatsApp”da yeni funksiya

“WhatsApp”da yeni funksiya

Məşhur “WhatsApp” mesencerinin istifadəçiləri “Instagram”da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər.

Ekspertlər bildiriblər ki, servis tərtibatçıları “Instagram”la “WhatsApp” uyğunluğunu aktiv şəkildə tətbiq edirlər. İstifadəçilər “WhatsApp” status yeniləmələrini “Instagram”da da paylaşmaq istəsələr, yeni çarpaz göndərmə seçimini aktivləşdirə biləcəklər, funksiya avtomatik olaraq deaktiv ediləcək.

“Instagram” statuslarını dublikat etmək imkanı inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.

"Cebhe.info"