Xərçəngin müalicəsində İNQİLAB

Xərçəngin müalicəsində İNQİLAB

Çinin Quanqsi Universitetinin alimləri xərçəng hüceyrələrini donuz hüceyrələri kimi “maskalamaq” yolunu tapıblar. 

Bu da immun sistemin onları daha effektiv şəkildə məhv etməsinə imkan yaradır. 

“Cebehinfo.az” xəbər verir ki, araşdırmanın nəticələri “Cell” jurnalında dərc olunub.

Metod şişə xüsusi modifikasiya olunmuş virusun daxil edilməsinə əsaslanır ki, bu da orqanizmi xərçəng hüceyrələrini donuz hüceyrələri kimi qəbul etməyə məcbur edir. Bu təsir orqan transplantasiyası zamanı baş verənə bənzər rədd reaksiyasına səbəb olan zülalın istehsalına səbəb olan α1,3GT geni sayəsində əldə olunur. Buna cavab olaraq, immunitet sistemi dərhal hüceyrələri yad olaraq tanıyır və onları aktiv şəkildə məhv etməyə başlayır.

Metodun klinik sınaqlarında ənənəvi müalicəyə cavab verməyən xərçəngin ağır formaları olan 23 xəstə iştirak edib. Modifikasiya edilmiş virusdan istifadə edərək, subyektlərin 90%-də şiş böyüməsini dayandırmaq mümkün olub. Alimlər, həmçinin bu metodun uşaqlıq boynu xərçəngi olan bir xəstədə tam remissiyaya nail olmağa kömək etdiyini müəyyən ediblər. Virus venadaxili yeridilmiş və sağlam toxumalara zərər vermədən və ciddi yan təsirlərə səbəb olmadan sistemli şəkildə fəaliyyət göstərib.

Tədqiqatçıların fikrincə, metodun effektivliyi şişi qidalandıran damarların məhv edilməsi, xərçəng hüceyrələrinin kütləvi şəkildə ölməsi və orqanizmin güclü immun reaksiyası ilə izah olunur. Hal-hazırda texnologiyanı daha da araşdırmaq üçün Faza II klinik sınaqları planlaşdırılır.

Xəzər
“Cebheinfo.az”