29 yaşlı sevgilisindən 83 yaşlı aktyora imtina: “Evləniləcək adam deyil”

29 yaşlı sevgilisindən 83 yaşlı aktyora imtina: “Evləniləcək adam deyil”

Al Paçinonun gənc sevgilisi əfsanəvi aktyorla evlənmək fikrində deyil.

Cebhe.info xəbər verir ki, bu barədə 29 yaşlı Noor Alfallah bu barədə “TMZ”-yə bildirib.

O deyib ki,  83 yaşlı Hollivud əfsanəsini sevsə də, aktyor evləniləcək adam deyil: 

“Buna görə də onunıa evlənmək niyyətində deyiləm”.

Əvvəlki münasibətlərdən üç övladı olan Al Paçino heç vaxt evlənməyib. Alfallah Paçino ilə tətilləri birlikdə keçirməyi planlaşdırdığını təsdiqləsə də, "Mən evlənmək əhvalında deyiləm",-deyib.

Cütlük 2022-ci ildə görüşməyə başlayıb və onların oğlu Roman iyun ayında dünyaya gəlib. Alfallaha uşağa görə  ayda 30 min dollar aliment ödənilir. Məlumata görə, Paçino da ona 110 min dollar avans ödəməli olub. Paçinonun  bu il nə qədər pul qazanmasından asılı olaraq, gənc sevgilisi  ilin sonuna qədər əlavə 90.000 dollar ala bilər.

Paçino, həmçinin oğlunun təhsilinə illik 15 min dollar ödəməli, sığorta ilə əhatə olunmayan bütün tibbi xərclərə görə məsuliyyət daşımalıdır.

Xəzər
Cebhe.info