Amerikalı repçinin İrəvandakı konserti təxirə salındı

Amerikalı repçinin İrəvandakı konserti təxirə salındı

Dünyaca məşhur reper Snoop Doggun İrəvanda keçirilməsi planlaşdırılan konserti ləğv olunub.

Cebhe.info xəbər verir ki, bu barədə konsertin təşkilatçı qurumu məlumat verib.

Bildirilib ki, Ermənistan hökuməti sentyabrın 23-nə planlaşdırılan Snoop Dogg konsertinin təxirə salınması qərarını rəsmən elan edib.

Qeyd edək ki, konsertin təxirə salınmasına səbəb kimi son günlər Azərbaycan-Ermənistan arasındakı vəziyyətin gərginləşməsi göstərilir.

Xatırladaq ki, bir neçə gün öncə reper qondarma rejimə dəstək verərək Azərbaycanın Qarabağ bölgəsini "Artsax" adlandırmışdı.

Naibə
Cebhe.info