"Azdrama" rəhbərliyi Ramiz Məlikə baş çəkib

"Azdrama" rəhbərliyi Ramiz Məlikə baş çəkib

Akademik Milli Dram Teatrının ("Azdrama") Bədii rəhbəri Mehriban Ələkbərzadə, direktorun əmək funksiyalarını icra edən İlham Əsgərov və truppa müdiri Elnur Məmmədov Xalq artisti Ramiz Məlikə evində baş çəkib, səhhəti ilə maraqlanıblar.

Bu barədə teatrın Mətbuat xidmətindən məlumat verilib.

Teatr rəhbərliyi Ramiz Məlikə Allahdan şəfa arzulayıb, səhhətindəki problemlərin tezliklə həll olunacağına, yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcəyinə inandıqlarını deyiblər.

Xalq artisti Ramiz Məlik diqqət və qayğı üçün təşəkkürünü bildirib, teatrdakı yeni təyinatlar münasibətilə təbriklərini çatdırıb. O qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən onunla mütəmadi olaraq maraqlanır, vəziyyətini diqqət mərkəzində saxlayırlar.

Cebhe.info