Elza Seyidcahandan yeni şeir: “Gəldi biclər....”
Əməkdar artist Elza Seyidcahan yeni şeir yazıb.
Cebhe.info xəbər verir ki, yeni şeir "Qazlar" adlanır.
Onu sosial şəbəkə hesabında paylaşan Seyidcahan yeni görünüşünü də pərəstişkarları ilə bölüşüb. Son aylarda xeyli arıqlayan sənətçinin görünüşünü izləyicilər bəyənsə də, şeirə tənqidi yanaşıblar.
Kimlər kimlər oldu,
Kimlər oldu himlər.
Kimlər kasıblandı,
Kim oldu cimlər.
Kimlər kimsən oldu,
Çalındı simlər.
Kimlər oldu nə isə,
Yenə oynadı təzə.
Mənə deməyin nəsə,
Nəyə oynadı kimlər?
Niyə oynadı deyin,
Oynatdı kimlər..?
Kimlər havalandı,
Paslandı tinlər.
Kimlər tovlandı,
Ballandı kirlər.
İplər dartıldı,
Ovlandı cinlər.
Kimlər qaz çıxartdı,
Oturdu fillər.
Ördəkləri ağlatdı,
Qarışdı hinlər.
Ördək isə "qazlara.."
-- Kaş biz elə qalaydıq,
Ördək olmayaydıq.
Ördək olub qazda,
Boğulmayaydıq.
Kimi qazdan ayıldı,
Kim - kimə sarıldı.
Kimlər hallandı,
Oxları atıldı.
Kimlər daşlandı,
Çoxları nadandı.
Kimlər adam oldu,
Kimlər bağlandı.
Kimi baxan oldu,
Kim oldu fitlər,
İşlər oldu izlər,
Başı-çalmalı gəldi biclər,
Fitlər oldu giclər.
Kim oldu dəlil,
Kimlər oldu zəlil,
Burda demiş, Zeynal Xəlil!
"Hər dövranda bir gərdiş var,
Min rəng çalır, bu ruzigar.
Kimlər gəldi, kimlər getdi, Bu dünyadan, bu dünyadan".
Cebhe.info