Film və kinoya ayrılan dövlət pulları yoxlanılır - Sədr
Hesablama Palatası sentyabrın 11-dən dövlət sifarişi ilə çəkilən filmlər və kino tədbirləri ilə bağlı ayrılan dövlət vəsaitinin auditinin aparılmasına başlayıb.
Bunu açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
"Audit eyni zamanda dövlətə məxsus kinostudiyaların maliyyə-təsərrüfat fəaliyyətini tam əhatə edir. Auditin 30 təqvim günü ərzində aparılması gözlənilir", - deyə o, bildirib.
Cebhe.info