“Gaddar” final edir

Türkiyənin “Now” telekanalının “Gaddar” serialının aqibəti bəlli olub.
“Cebhe.info” xəbər verir ki, layihənin yeni mövsümdə davam etdirilməməsinə qərar verilib.
Ekran işi reytinlərdə gözləntiləri qarşılaya bilmədiyi üçün bitiriləcək. Qərara əsasən, “Gaddar” 7 iyunda 20-ci bölümü ilə final edəcək.
Qeyd edək ki, serialın baş rollarını Çağatay Ulusoy, Sümeyye Aydoğan, Onur Saylak, Erdal Özyağcılar və Alper Çankaya canlandırır.
Elmir Mustafa
“Cebhe.info”