"Kurtlar Vadisi"nin aktyoru yeni seriala çəkilir 

"Kurtlar Vadisi"nin aktyoru yeni seriala çəkilir 

Türkiyəli məşhur aktyor Musa Uzunların yeni layihəsi bəlli olub.

"Cebhe.info" xəbər verir ki, təcrübəli sənətçi yeni çəkiləcək "Holdinq" serialında rol alacaq.

"Limon Yapım" tərəfindən çəkiləcək serial yeni mövsümdə "ATV" kanalında yayımlanacaq.

Ekran işində həmçinin Ali İl və Macit Koper kimi məşhur aktyorlar da yer alacaq.

Qeyd edək ki, Musa Uzunlar "Kurtlar Vadisi Pusu", "Fatmagülün Suçu Ne?", "Şubat", "Poyraz Karayel" və "Ailə" kimi ölkəmizdə də maraqla izlənilən iddialı seriallarda rol alıb.

Elmir Mustafa
"Cebhe.info"