Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

Bir çox məşhur filmlərdə rol alan aktrisa Silviya Sims vəfat edib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, son illərini qocalar evində keçirən aktrisa 89 yaşında vəfat edib.

O, daha çox "Kraliça" adlı bioqrafik filmdə kraliçanın anası obrazı ilə yadda qalıb.

Bununla yanaşı, aktrisa "Həkim kimdir”, “Miss Marpl”, “ “Doktor Jivaqo”, “Centlmen Cek” adlı filmlərdə rol alaraq məşhurlaşıb.

Günay Şahmar
Cebhe.info