Murat Yıldırım və Ebru Şahin eyni serialda

Murat Yıldırım və Ebru Şahin eyni serialda

Türkiyənin “Now” telekanalı yeni mövsüm üçün daha bir iddialı serial hazırlıqlarına başlayıb.

“Cebhe.info” xəbər verir ki, “TMC Film” tərəfindən çəkiləcək serialın adı hələlik bəlli deyil.

Lakin ekran işinin baş rolları artıq məlumdur. Belə ki, sevilən məşhurlar Murat Yıldırım və Ebru Şahin sözügedən layihədə oynayacaqlar. Murat Yıldırım “Dəmir”, Ebru Şahin isə “Nazlı” obrazına həyat verəcək. 

Qeyd edək ki, Ebru Şahin “Savaşçı”, “İstanbullu Gəlin”, “Yasak Elma”, “Hercai”, Murat Yıldırım isə “Fırtına”, “Asi”, “Aşk və Cəza”, “Suskunlar”, “Ramo”, “Aziz” və “Təşkilat” kimi iddialı seriallarda rol alıb.

Elmir Mustafa
“Cebhe.info”