Nazirlik Mehriban Zəkinin vəziyyətini nəzarətə götürdü

Nazirlik Mehriban Zəkinin vəziyyətini nəzarətə götürdü

Xalq artisti Mehriban Zəkinin vəziyyəti Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Cebhe.info xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Xəbər verdiyimiz kimi, tanınmış teatr və kino xadimi, Xalq artisti Mehriban Zəki martın 22-də avtomobil qəzası nəticəsində xəsarət alıb. Hadisədən dərhal sonra Mədəniyyət Nazirliyi tərəfindən aktrisanın vəziyyəti nəzarətə götürülüb. Xalq artistinin xəstəxanaya yerləşdirilməsi, daha sonra başqa müalicə müəssisəsinə köçürülməsi diqqətdə saxlanılır. Mehriban Zəkiyə Allahdan şəfa diləyirik", - məlumatda vurğulanıb.

Cebhe.info