Ozan Akbaba “Çakır”ın serialında azərbaycanlı rolunu canlandıracaq
Türkiyəli məşhur aktyor Ozan Akbabanın yeni layihəsi bəlli olub.
Cebhe.info xəbər verir ki, onun yenidən “Süleyman Çakır” obrazı ilə əfsanəyə çevrilən Oktay Kaynarca ilə birlikdə çəkiləcəyi deyilir.
Türkiyə mətbuatda yer alan xəbərlərə əsasən, Ozan Akbaba “Ben Bu Cihana Sığmazam” serialında çəkiləcək.
Onun ekran işində azərbaycanlı iş adamı rolu olan “Qardaşov”a həyat verməsi gözlənilir. Sözügedən obraz əsas qəhrəman “Cezayir Türk”ə (Oktay Kaynarca) yardım etmək üçün gələcək.Məşhur aktyorun neçənci bölümdən seriala qatılacağı isə hələlik bilinmir.
Xatırladaq ki, Oktay Kaynarca ilə Ozan Akbaba “Eşkıya Dünyaya Hükümdar Olmaz” serialında “Hızır Çakırbəyli” və “İlyas Çakırbəyli” qardaşları rollarını canlandırıblar.
Elmir Mustafa
Cebhe.info