Şəmistan Əlizamanlı gənclərlə görüşəcək

Şəmistan Əlizamanlı gənclərlə görüşəcək

Sentyabrın 30-da YARAT Müasir İncəsənət Mərkəzində tanınmış hərbi diktor Şəmistan Əlizamanlı ilə gənclərin görüşü baş tutacaq.

Cebhe.info-ya verilən məlumata görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə ümummillilider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək.

Görüşdə hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsi kontekstində peşəkar musiqi sənətimizin təbliği, eləcə də, hərbi mövzuda yazılan musiqi əsərlərinin, opera və teatr tamaşalarının rolu istiqamətində yaradıcı sənayenin inkişafından bəhs edəcək.

Tədbir müddətində həmçinin “ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli ideologiya”, “Hərbi-vətənpərvər nəğmələrin təbliği və gənclərin tərbiyəsindəki rolu” və “Şanlı Azərbaycan ordusu: dünənimiz, bugünümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Tədbirin bədii hissəsində Şəmistan Əlizamanlının ifasında ən sevilən nəğmələr, həmçinin gənc musiqiçilərin ifasında hərbi vətənpərvərlik mahnıları təqdim ediləcəkdir.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində ümummillilider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://shorturl.at/lsA04

Cebhe.info