Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru işdən çıxıb

Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov işdən çıxıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, o, bununla bağlı Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.
Mədəniyyət Nazirliyi "Report"a faktı təsdiqləyib.
Bildirilib ki, Loğman Kərimov öz xahişinə əsasən vəzifəsindən azad edilib.
"Cebheinfo.az"