Viktoriya Bekhemin dəbdəbəli ad günü: Göz qamaşdırdı- FOTOLAR

Viktoriya Bekhemin dəbdəbəli ad günü: Göz qamaşdırdı- FOTOLAR

Devid Bekhemin arvadı Viktoriya Bekhem 50 yaşını dəbdəbəli qeyd edib.

“Cebhe.info” xəbər verir ki, o,  Londonun Mayfair bölgəsindəki “Oswald's” klubunda xüsusi mərasim təşkil edib. O, açıq yaşıl rəngli paltarda görünüb və boyunbağı ilə hər iki biləyindəki almaz bilərziklərlə göz qamaşdırıb.

Ulduzun yubileyinə Tom Kruz, Eva Lonqoriya, Qordon Ramsay, həmçinin onun “Spice Girls” qrupundakı bütün keçmiş həmkarları - Emma Bunton, Geri Horner, Mel C və Mel B də daxil olmaqla 100-ə yaxın qonaq gəlib. Qonaqlara Viktoriyanın sevimli şərabı olan 3000 funt- sterlinq dəyərindəki “Chateau Mouton Rothschild”, həmçinin 500 funt -sterlinq dəyərində şampan təqdim edilib.

Xəzər
“Cebhe.info”