Xalq artisti Mədəniyyət Nazirliyinə irad tutdu

Xalq artisti Mədəniyyət Nazirliyinə irad tutdu

“Müğənnilər çoxaldıqca musiqimiz məhv olub gedir”. 

"Cebheinfo.az" olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.

O, bayağı ifaçıları və onları verilişlərində reklam edən aparıcıları sərt şəkildə tənqdi edib: 

“Fəxri adı olan o sənətkarlar əlbətdə ki, istəməzlər onlara cavab verib və illərlə yığdıqları hörməti bir ifaçının güdazına versinlər. Mədəniyyət Nazirliyində o qədər insan var ki, onların heç biri bu ifaçılara iradları bildirmir. Aparıcıların pafoslu tərifləri, xoşagəlməyən musiqiləri insanlara sırımaqları bu az bir iş deyil. Onlar burada öz reytinqlərini düşünürlər. Amma o aparıcılar belə etməklə xalqın və millətin zövqünü korlayırlar. Buna müasirlikdə demək olmaz. Bu, müasirlik deyil biabırçılıqdır”.

"Cebheinfo.az"