Deputat: “YAP Azərbaycanda iqtidarını davam etdirəcək”

Deputat: “YAP Azərbaycanda iqtidarını davam etdirəcək”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bu günə qədər iştirak ediyi heç bir seçkini uduzmayıb.

1993-cü ildən etibarən YAP Azərbaycanda iqtidarını davam etdirir. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bu məqama aydınlıq gətirib. “Yalan vədlərə əsaslanan seçki kampaniyaları uğura gətirib çıxarmayıb. İnsanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər”- deyə, Prezident İlham Əliyev müsahibəsində vurğulayıb.

Bəllidir ki, seçkilərdə qərar verən tərəf məhz xalqdır. Xalqı isə aldatmaq heç bir halda mümkün deyil.

Mövzu ilə bağlı deputat Naqif Həmzəyev Cebhe.info-ya deyib ki, İlham Əliyev Prezident olduğu dönəmdə verdiyi bütün sözləri yerinə yetirən, reallaşdıran liderdir:

“2003-cü ildən bu günə qədər bütün seçki kampaniyalarında verdiyi bütün sözlər demək olar ki, reallaşıb. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması və böyük qayıdışın başlaması buna bir misaldır. Bütün bunlarla yanaşı, cənab Prezidentin hakimiyyəti dönəmində bütün qəbul edilmiş proqramlar mərhələli şəkildə reallaşdırılıb. Bu gün də uzaqgörən siyasət, Azərbaycanın gücünə güc qatmaq, neftdən asılılığı azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək sahəsində görülən işlər onu deməyə əsas verir ki, biz çox düzgün yoldayıq. Bizim liderimiz möhtərəm cənab Prezident Azərbaycanı xoşbəxt gələcəyə doğru iri addımları aparır. Azərbaycan həm regionda, həm də qlobal məkanda tərəfdaşları ilə əməkdaşlığa üstünlük verir. Azərbaycanın iqtisadiyyatı günü-gündən güclənir. Azərbaycan regionun aparıcı, güclü dövlətlərindən biri kimi öz mövqeyini daha da gücləndidir”.

N.Həmzəyev əlavə edib ki, bu amillərə görə YAP iqtidarını gələcəkdə də davam etdirəcək:

“Məhz bu baxımdan da Azərbaycan xalqı cənab Prezidentə inanır, xalqın rifahının yaxşılaşması üçün çalışdığını bilir. Azərbaycan hökuməti də cənab Prezidentin tapşırıqlarını yerinə yetirmək üçün səylərini artırır. Məhz Azərbaycan dövlət büdcəsi sosialyönümlüdür. Azərbaycanın iqtidar partiyası və onun lideri cənab Prezident İlham Əliyev bütün seçkilərdə qalib gəlib. Bundan sonra da cənab Prezident iştirak edəcəyi bütün seçkilərdə qalib gələcək. Yeni Azərbaycan Partiyası da qalib partiya olaraq Azərbaycanda iqtidarını davam etdirəcək”.

Vilayət Muxtar
Cebhe.info