Deputat:”Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək”

Deputat:”Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək”

“Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayan zaman, Vətən müharibəsində, eləcə də postmüharubə dövründə Birləşmiş Ərəb Əmirlikləri hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, Ermənistanın hərəkətlərini pisləyən bəyanatlarla çıxış edib”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib:

"Birləşmiş Ərəb Əmirliklərinə məxsus və dünyanın ən böyük şirkətlərindən olan "Masdar" şirkəti Qaradağ rayonu ərazisində bərpa olunan elektrik enerjisi istehsal edən stansiya inşa edir.Prezident cənab İlham Əliyev 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu - Dabidə Dayanıqlıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərək Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan, ölkəmizdə bərpa olunan elektrik enerji istehsalında həyata keçirdiyi layihələrdən Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud münasibətlər haqqında məlumat verdi.

Azərbaycan dövləti ilə BƏƏ arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Ölkəmiz də enerji təminatını tam təmin etməklə bərabər xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisi ixrac edir. Azərbaycanın bərpa olunan elektrik enerjisi istehsalı ilə bağlı nəhəng potensialı var və bu sahədə böyük layihələr icra olunur. Artıq iki ildir ki, Azərbaycandan Avropaya uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın ixracı həyata keçirilir. Bu boru xətti vasitəsilə Avropaya təbii qazın həcmi hər il artırılır. Bu il Avropaya ixrac ediləcək qazın həcmi 24 milyard kub metrə çatdırılacaq".

Deputat qeyd edib ki, bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə vermiş olacaq:

"Xəzər dənizinin Azərbaycan sektorunda və işğaldan azad edilmiş ərazilərdə böyük gücə malik külək və günəş elektrik stansiyalarının inşa edilməsi üçün layihələr həyata keçirilir. Prezident cənab İlham Əliyevin BƏƏ səfəri çərçivəsində "Masdar" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında külək və günəş enerji stansiyalarının yaradılmasına dair Saziş imzalanmışdır. 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya arasında Azərbaycanda istehsal olunan elektrik enerjisinin Avropaya ixrac edilməsi üçün Qara dənizin dibindən kabel çəkilməsinə dair saziş imzalanıb".

Aylin
Cebhe.info