İctimai Birlik hesabat verdi: Hansı işlər görülüb?

İctimai Birlik hesabat verdi: Hansı işlər görülüb?

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi əhaliyə göstərilmiş xidmətlər barədə hesabat verib.

Cebhe.info xəbər verir ki, Zenfira Mustafayevanın rəhbərlik etdiyi İctimai Birliyə insan alverinin potensial qurbanları kateqoriyasına aid olan şəxslərin müraciəti barədə göstəricilər aşağıdakı kimidir:

Hesabat dövrü 01.01.2022- 31.12.2022-ci ili əhatə edir.

Cari hesabat dövründə ümumilikdə 235 nəfər hüquqi və psixoloji yardım üçün Mərkəzə müraciət edib. Xidmətlərdən yararlanmaq üçün müraciət edən 235 nəfərdən 129 nəfərə yalnız hüquqi xidmət, 86 nəfərə yalnız psixoloji xidmət göstərilmişdir. Müraciət edən benefesiarlardan 32 nəfərə həm psixoloji, həm də hüquqi xidmət göstərilmişdir. Müraciət edən şəxslərin qohumları (övladları) olan 62 azyaşlı uşaq davamlı psixoloji yardım almışdir (bunlar 235 nəfərin siyahısına daxil deyillər).

Hüquqi və psixoloji xidmət üçün olunan müraciətlərin məzmunu (problemlər):

1. Maliyyə məsələləri – 18 müraciət;
2. Sosial problemlər – 31 müraciət;
3. Əmlak-mülkiyyət hüququ – 15 müraciət;
4. Boşanma (nigahın ləğvi) və himayəçilik məsələləri – 28 müraciət;
5. Əmək hüququ – 7 müraciət;
6. Aliment hüququ –23 müraciət;
7. Məişət zorakılığı – 23 müraciət;
8. Seksual zorakılıq qurbanları – 3 müraciət;
9. Vərəsəlik hüququ – 3 müraciət;
10. Pensiya hüququ – 2 müraciət.

Xidmətlərdən yararlanmaq üçün müraciət edənlərin cinslər üzrə sayı:
- 160 nəfər qadın;
- 75 nəfər kişi.

Cari hesabat dövründə müraciət edənlərin ərazi üzrə təsnifatı:
- Xaçmaz şəhəri 4 müraciət;
- Xızı rayonu 6 müraciət;
- Bakı şəhəri 12 müraciət;
- Abşeron rayonu 18 müraciət;
- Qusar rayonu 4 müraciət;
- Lənkəran rayonu – 3 müraciət;
- Masallı rayonu – 3 müraciət;
- Şamaxı rayonu -2 müraciət;
- Goranboy rayonu – 2 müraciət;
- Şabran rayonu – 8 müraciət;

Qalan müraciətlər Sumqayıt şəhərindən olub.

Hesabat ili ərizində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə əməkdaşlıq daha da gücləndirilib. Baş İdarə tərəfindən xidmətlərin göstərilməsi üçün ümumilikdə 45 nəfər, hesabat ili ərzində isə 11 nəfər şəxs təşkilata yönləndirilib. Bu şəxslərin hər biri ilə ayrı-ayrılıqda fərdi söhbətlər aparılmış, onların ehtiyacları müəyyən edilmiş və ehtiyacların aradan qaldırılması məqsədi ilə onlara xidmətlər göstərilib. Bu xidmətlərin keyfiyyətli və davamlı olması təmin edilib.
Benefesiarların sosial problemlərinin həllində də, onların təhsil müəsissələrinə, sağlamlıq mərkəzlərinə yönəldilməsi, iş yeri ilə təmin edilmələri ilə dəstək göstərilib.

Hüquqi xidmət üçün müraciət edənlərin hər birinə keyfiyyətli şifahi hüquqi məsləhətlər verilib. Hesabat dövründə ehtiyac olan müraciət üzrə ərizə və şikayətin hazırlanmasında və göndərilməsində kömək göstərilib. Hüquqi xidmət göstərilən şəxslərdən 82 nəfərin işi məhkəmə instansiyalarında olduğu üçün nəzarətə götürülmüşdür. Bu müraciətlər üzrə məhkəmə proseslərinin gedişatı izlənilmiş, vəsatətlər və ərizələrin hazırlanmasında da köməklik göstərilib.

Psixososial xidmətdən istfadə etmək üçün müraciət edən 132 nəfər ilə iş planı hazırlanmış, konsultasiyaların günləri müəyyənləşdirilib. Davamlı və keyfiyyətli xidmətin təşkili məqsədi ilə benefesiarların ailə üzvlərinin də xidmətlərdən yararlanmasına şərait yaradılıb.

Müraciət edənlər arasından 23 nəfər məişət zorakılığının, 3 nəfər isə seksual zorakılığın qurbanı aşkalanıb. Bu şəxslərin hər birinə keyfiyyətli və davamlı xidmətlər göstərilmişdir. Müraciət edənlərin adından polis, prokurorluq və digər dövlət orqanlarına təqdim olunması üçün şikayət və ərizələr tərtib edilmişdir. İşləri məhkəmə, polis və prokurorluq araşdırması mərhələsində olan şəxslərin işləri nəzarətə götürülüb.

Qeyd etmək lazımdır ki, hesabat dövrü ərizndə 8 regionada səyyar xidmətlərin təşkili həyata keçirilmişdir. Bu xidmətlər çərçivəsində regionlarda pulsuz hüquqi və psixoloji xidmətlərə çatımlıq təmin edilib.

“Dünya TV” televiziya kanalında 8 televiziya verlişi, təhsil müəssələrində 12 görüş, müxtəlif kateqoriyaya aid olan içtimaiyyət nümayəndələri üçün bu mövzuda 8 təlim və seminar, 5 dəirmi masa təşkil edilmişdir. Əhali arasında mövzu ilə əlaqədar buklet və broşurlar paylanılıb.

Bütün bu tədbirlər Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində təşkil edilib.

Cebhe.info