İran müharibənin günahını NATO-nun üzərinə atdı

“Ukraynadakı münaqişəyə görə məsuliyyət tamamilə NATO blokunun üzərinə düşür”.
“Cebhe.info” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
O, İran Xarici İşlər Nazirliyinin teleqram kanalında "Təəssüf ki, Ukraynada gördüklərimiz ABŞ-nin rəhbərlik etdiyi NATO-nun hələ də davam edən siyasəti və aqressiv addımlarının nəticəsidir",-deyir.
Kənaninin vurğuladığı kimi, Vaşinqtonda keçirilən sammitdən sonra NATO ölkələrinin yekun bəyannaməsində İranın Rusiyaya hərbi yardımı ilə bağlı yer alan iddialar tamamilə əsassız və siyasi motivlidir.
Kənani deyib: "İranın strategiyası həmişə regionda və bütün dünyada təhlükəsizliyin təmin edilməsində konstruktiv və davamlı rol oynamaq olub".
Onun sözlərinə görə, Ukrayna münaqişəsini İran və Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıqla əlaqələndirmək cəhdləri yalnız Qərbin Ukraynaya hərbi yardımının davam etdirilməsinə haqq qazandırmaq üçün edilir.
Xəzər
“Cebhe.info”