Mühərrəm İncədən Azərbaycana dəstək PAYLAŞIMI

Türkiyənin Məmləkət Partiyasının sədri Mühərrəm İncə Azərbaycanın həyata keçirdiyi lokal antiterror əməliyyatlarını dəstəkləyib.
Cebhe.info xəbər verir ki, siyasətçi bununla bağlı şəxsi "Instagram" hesabında paylaşım edib.
O, paylaşımında Azərbaycana dəstək nümayiş etdirib:
"Qarabağda ermənilərin basdırdığı minaların partlaması nəticəsində şəhid olan azərbaycanlı polislərimizə Allahdan rəhmət diləyirəm! Qarabağda antiterror əməliyyatı başladan can Azərbaycanın yanındayıq. Ayağınıza daş dəyməsin".
Elmir Mustafa
Cebhe.info