Paşinyan: “Səhv addım atsam, bu minalanmış sahədə partlayacağam”

Paşinyan: “Səhv addım atsam, bu minalanmış sahədə partlayacağam”

“Bu gün biz minalanmış sahədəyik və bu minalanmış sahədən çıxmaq üçün çox yol yoxdur. Hətta belə demək olar ki, bu minalanmış sahədən yalnız bir çıxış yolu var”.

“Cebhe.info” xəbər verir ki, bunu “Mülki müqavilə” Partiyasının Araqatsotn vilayətində keçirilən təşəbbüskar qurultayında partiyanın idarə heyətinin sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Hakim siyasi gücün vəzifəsi vəziyyəti qiymətləndirmək, bu vəziyyəti ictimaiyyətlə bölüşmək və bu vəziyyətdən çıxmaq və ya bu vəziyyətdən çıxmaq yollarını göstərmək, həmçinin bu yolun risklərini göstərmək, həmçinin bunları idarə etmək üçün mümkün üsul və ya vasitələri göstərməkdir”,-deyə o bildirib.

O, “səhv addım atarsa, bu minalanmış sahədə partlayacağını” ictimaiyyətə çatdırmağa borclu olduğunu qeyd edib.

Xəzər
“Cebhe.info”