Rəfail Becanov: "Laçındakı təxribatda İran əsas iştirakçılardandır"

Rəfail Becanov: "Laçındakı təxribatda İran əsas iştirakçılardandır"

"Ermənistanın xəyanəti, xəyanətkarlığı, təxribatı bitib tükənən deyil. Sülh onlar üçün məqbul sayılmır. Başları bütünlükdə əzilməsə xeyri yoxdur. Nə 4 günlük aprel döyüşlərindən, nə 44 günlük Zəfərdən dərs alana oxşamırlar. Qorxurlar, amma başlarını əzilməkdən də saxlaya bilmirlər.

Laçında törədilən təxribatda üç şəhid versək də, qəhrəman ordumuz tərəfindən yenidən düşmənin başı əzildi. Bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində Ermənistan xeyli itki verib. Etiraflarına görə, korpus komandiri də daxil olmaqla böyük itki veriblər".

Bunu "Cümhuriyət" qəzetiCebhe.info xəbər saytımın baş redaktoru Rəfail Becanov deyb. O bildirib ki, qisas tam alınacaq:

"Buna əminik. Ermənistan rəsmiləri və şəxsən Paşinyan dildə sülh deyib, sülhdən danışır, əməli isə eyniylə Köçəryan və Sarkisyanın əməlidir. Rusiyanın əlində oyuncaq olan Ermənistan indi də İranın, Fransanın diqtəsi ilə xain təxribatlarından əl çəkmir. ABŞ-da görüş xəbəri yayılan kimi təxribata təhrik edildilər. Kimlər və niyə etdilər, məlumdur.

Qarabağ iqtisadi rayonunda qorxusundan əsən bu fərari yığnağı İrana, Fransaya, Rusiyaya güvənib nə qədər təxribatlar törədəcək?

Bir "Bayraktar"lıq ömürləri var cəmisi. Amma havadarları onları elə hey tətikləyir.

Rusiya ilə çox şey aydındır. Nə zaman nə edib, nə zaman fürsət düşəcəksə, edəcəklərinin hamısını bilirik. Fransayla da eləcə. Bəs müsəlman İrana nə olmuşdu? Ermənistana qardaş deyən İranın müsəlmanlığı istismar etməsi bu aspekdən daha aydın görünür. Ermənistana dəstək verən ölkə müsəlman dövləti ola bilərmi? Ermənistanın təxribatı nəticəsində şəhid olan azərbaycanlılar müsəlman deyilmi? Müsəlmandırlar, özü də İranın fars-molla rejimində müsəlman donuna bürünmüş yalançılardan fərqli olaraq, əsl müsəlmandırlar".

Baş redakorun fikrincə, İran təkcə şovinist dövlət deyil:

"O ölkənin hakimiyyətinin mahiyyəti təkcə əzazil molla-fars rejimi olmasında deyil, müsəlmanlığı belə manipulyasiya edən bir sistem var o ölkədə. Müsəlman dövləti müsəlman Azərbaycana qarşı bütün xainliklərin içində yer alan Ermənistanla dostluq edərdimi? Etməzdi. Amma İran edir.

Laçında törədilən bugünkü təxribatda da Ermənistanın əvvəlki iki havadarı ilə yanaşı, İran əsas iştirakçılardandır.

Gizli-aşkar verdiyi PUA-larla, başqa növ silah-sursatlarla Ermənistanın yanındadır.

Ermənistanı müdafiə edən, ona dəstək olan hər kəsin, hər bir ölkənin Azərbaycana qarşı təxribatlarda payı var...

Biz bunu unudarıqmı?"

Cebhe.info