Sülh sazişində Qərbi Azərbaycana qayıdış nəzərdə tutulub?- Erməni nazir

“Sülh müqaviləsinin razılaşdırılmış mətnində Sovet İttifaqı dağılana qədər hər iki ölkənin ərazilərində yaşamış, sonra bu əraziləri tərk etmiş insanların öz evlərinə və ya əcdadlarının yaşadığı ərazilərə qayıtması ilə bağlı müddəa yoxdur”.
“Cebheinfo.az” xəbər verir ki, Bbunu bu gün, martın 14-də Ermənistan parlamentində xarici işlər naziri Ararat Mirzoyan bəyan edib.
“Biz Azərbaycan tərəfinin Ermənistan Konstitusiyası ilə bağlı şərhlərini dinlədik. Təbii ki, sazişin razılaşdırılmış mətnində bu barədə heç nə yoxdur və ümumiyyətlə, müqavilənin mətnində birtərəfli qaydalar yoxdur.
Həmçinin konstitusiyalarla bağlı heç bir tənzimləmə yoxdur. Məlumdur ki, Azərbaycanın konstitusiyası ilə bağlı bizim öz narahatçılığımız var, məlumdur ki, biz Ermənistan Respublikasının ərazi bütövlüyünə müəyyən qəsdlər görürük, lakin o da məlumdur ki, biz sazişin mətnində onları ləğv edən müəyyən müddəaların olduğunu hesab edirik. Hətta nəzəri cəhətdən konstitusiyalarda həqiqətən belə tələblər ola bilərdisə, o zaman sazişin mətnini imzalayıb ratifikasiya etdikdən sonra-yeri gəlmişkən, bu ratifikasiya yenidən bizim Konstitusiya Məhkəməmizdən keçməlidir- bizim halda biz bu məsələləri qapalı hesab edə bilərik”, - Mirzoyan vurğulayıb.
Xəzər
“Cebheinfo.az”