Məşhurların və məmurların müraciət etdiyi ekstrasens: "...simasını dəqiqliklə görürəm” - MÜSAHİBƏ

Məşhurların və məmurların müraciət etdiyi ekstrasens: "...simasını dəqiqliklə görürəm” - MÜSAHİBƏ

"Fala inanma, faldan da qalma" deyimi hələ də aktualdır.

"Əməl", "cadu-piti" ilə həyatını düzənə qoyacağını düşünənlər də az deyil. Onların bu inamından istifadə edənlərlə bağlı da müxtəlif məlumatlar yayılır.

Ekstra hissindən faydalananlar kimlər, qara magiyaın gücündən istifadə edənlər kimlər...

Cebhe.info həmin ekstra hissindən istifadə etdiyini deyən məşhur öngörücülərdən biri olan Fəridə Əliyeva ilə həmsöhbət olub.

– Xoş gördük, Fəridə xanım. Maraqlıdır, özünüzdə bu potensialı necə kəşf etdiniz?

- Çox sağ olun, minnətdaram. Öncə onu bildirim ki, mən insanın şəkli ilə, şamla, su ilə baxıram. Bu, məndə uşaqlıqdan, 12 yaşımdan var. Uşaq vaxtı həmişə yuxularımda olacaqları görürdüm. Gördüklərim olurdu, yəni düz çıxırdı. Məsələn, kiminsə rəhmətə getməsi, xəstələnməsi, kiməsə əməl olunması yerinədək mənə yuxuda deyilirdi. Atam rəhmətə gedəndən sonra özümə qapanmağa başladım. 15 yaşımda isə mənə kiməsə edilən əməllərin yeri, bunu kimlərin etdiyi, nə etsəm xəstə sağala bilər kimi şeylər dəqiqliklə deyilirdi. Mən ərəb dilini bilmirəm. Yuxuda ərəb əlifbasını görməyə başladım. Dedilər ki, yəqin qorxudan belə olmuşam. Sonra dəftər tutdum, gördüyüm yuxuları yazmağa başladım. Bilənlər mənə dedi ki, bu yazdıqların artıq dualardır. Mən bir insana baxıramsa, onun şəkli, ana adı lazım olur. Şəklə baxan zaman artıq o adama kim pislik edibsə, əməl edibsə, onun surəti gözümün önünə gəlir. Hətta kim kimlə xəyanət edibsə, onun da simasını dəqiqliklə görürəm. Mən insanlardan cin də çıxardıram. Sol əlimdə şəfa var. Nəfəsimlə duaları oxuyuram. Düzdür, cindarlar çoxdur. Amma əgər mən onlarla işləsəydim heç kimdən cini çıxara bilməzdim.

- Sizə kiməsə pislik etmək üçün müraciət edənlər olur?

- Mən Allah qarşısında söz vermişəm, "Qurani-Kərimə" də əl basmışam ki, yalnız insanlara yaxşılıq edəcəyəm. İnsan var, varlıdır, insan var kasıb. Elə adam olub onun əməlini pulsuz çıxarmışam. Pisliyə qarşı nəsə etmirəm. Keçən ay valideyn əməl olunmuş qızı üçün mənə müraciət etmişdi. O xanım ailəsiylə bir süfrədə əyləşmirdi, özünə qapanmışdı. Müraciət edən xanımın bədənində olan əməl düzgün batil olunmamışdı, cin girmişdi. Onu çıxardım.

- Azərbaycanlı məşhurlardan, məmurlardan sizə müraciət edənlər olubmu?

- Əlbəttə, məşhurlardan, eləcə də məmurlardan mənə müraciət edənlər çoxdur. Adların gizlin qalması etik baxımdan düzgündür. Amma qeyd edim ki, kiməsə pislik etmək üçün müraciətlər edən məşhurlar da olub, amma qəbul etməmişəm. Elə təkliflər gələn zaman nəinki məşhurları, məmurları, hər kəsi geri çevirirəm.

- Sirr deyilsə, qiymətlər necədir? Ən yüksək, ən aşağı məbləğ neçədir?

- İstərdim ki, bu sirr qalsın. Çünki mənim işim müştəri ilə mənim aramdadır. Amma bildirim ki, təmənnasız olub ki, cin, əməl çıxarmışam. Canlı yayım ilə o qədər evlərdən dualar, əməllər çıxarmışam. Pəncərənin tini var, hansı ki, ora nəsə qoyursan ki, bağlanmasın. Hətta əməli o tinə yerləşdirənlər də olub. Xanım illərlə evi axtarıb, tapa bilməyib. Əməli tapmaq və düzgün şəkildə batil eləmək lazımdır. Həftə ərzində 2,3 dəfə səhifəmi qırırlar. Bu, bəzi “ekstrasens”, “baxıcılar” tərəfindən edilir. Kim mənə əməl edirsə, özünə çevirirəm. Mənə bata bilməzlər. Çünki məni Allah qoruyur. Səhifəmi qırmaqları hamısı paxıllıqdandır. Mənə agah olur ki, kim səhfəmi qırır. Sadəcə, səhifə qırılanda insanlara üzülürəm, axı mənə ehtiyacı olanlar var.

- Azərbaycanda hansı əməllər daha məşhurdur?

- Cütlüyü ayırmaq üçün yumurta əməli var. Azərbaycanda “qurd” əməlini yegənə təmizləyən mənəm. Əməldən 37 yaşlı xanımın gözləri kor olub. Belə şeylər də var. Cavan oğlanlara əməl edirlər ki, ailə qurmasın. Xanım olub ki, mənə zəng vurub ki, qızım 9-cu mərtəbədən özünü atmaq istəyir. Hansısa baxıcının səhvi ucbatından olub. Qızı tilsimə salıb, öna müəyyən qüvvələr, yəni cinlər göndərib. Hansısa əməli tanımadığı qoca kişinin qəbirinə basdıranlar olur. Bir xanıma əməl edib, ona deyiblər ki, bu, guya 24 vərəq batilnəmədir, gülləkeçirməzdir. Bunu xanıma verib deyiblər ki, sənə heç kim əməl edə bilməyəcək. Bu, səndə qalsın və bunu həmişə üzərində daşımalısan. Açıram ki, nə batilnamə, nə gülləkeçirməz?! Əgər kimsə həyətdə hansısa ağacın dibinə, qəbirin ayaq altına əməl basdırıbsa, batilnamə ona necə kömək edə bilər?! Bu aşkara çıxarılmalıdır ki, təmizlənəsən, yolun açılsın. Bunu bilmirlər. İnsanlar mənə yazırllar ki, "TikTok" üzərindən nə qədər pullarımızı yeyirlər. Ətraflı baxış adıyla pulumuzu alıb, bizi bloka atıblar. İnsanlar artıq qorxur, bilmirlər kimə güvənsinlər. Hərə əlinə bir kart alıb "TikTok"da səhifə açıb, adını ekstrasens qoyub. Başa düşməlidirlər ki, ekstrasens evdə əməl varsa, cin varsa, bunu mütləq görməlidir.

- “Qurd yağı”ndan söz açdınız. Deyirlər ki, onunla əməl ediləndə insanlar dəli olur...

- Bir insanı dəli etmək üçün təkcə “qurd” əməlindən istifadə edilmir. “Qurd” əməlini ən çox cavan qızların paltarına edirlər. “Qurd yağı” müxtəlif məqsədlər üçün edilir. Məsələn, qapıya edilibsə, həmin ailənin işlərinin neqativə köklənsin deyə, kimsə rəhmətə getsin deyə edilir. Ölü torpağı deyilən bir şey də var. Kimsə rəhmətə gedəndə, cindar deyir ki, get mənə ölü torpağı gətir, dua oxuyacağam, apar filankəsin qapısına səp. Bunu qapıya ona görə səpirlər ki, həmin evdən də kimsə rəhmətə getsin. Ağır tilsimlər var. Öz qohumlarımın ruhlarını çağırıram. Sakit, qaranlıq otaqda şamları yandırıb otururam, ən çox atamın ruhunu çağırıram. Şamla, güzgüylə portal açıram, o birsi dünya ilə əlaqə yaradıram. Müştərinin rəhmətə gedənlərinin, qohumlarının ruhlarını çağırmıram.

- Uşaqlarla bağlı sizə müraciətlər çoxdurmu?

- Bəli, çox olur elə hallar. Xanım olub ki, əkiz uşağı olub, mənə müraciət edib ki, baxım görüm ki, uşağın biri yaşayacaq, ya yox. Şəkilə baxmışam ki, körpə qızın üzü əcaibdir. Uşağın cizgiləri cin formasındadır, dəyişkəndir. Bu, cin toxunmasıdır. Ana uşağı evdə 5-10 dəqiqə tək qoyub harasa gedirsə, bu zaman körpəyə müəyyən qüvvələr toxunur. Bu da cinvurma kimi şeydir. Ana gərək uşağı o ərəfələrdə tək qoymasın. Ya da uşaq ağlayır, qışqırır. Hamı elə bilir ki, qorxur. Xeyr, qorxmur. Uşaqlarda bəsirət gözü açıq olduğuna görə qüvvələri görə bilirlər. Ona görə qışqırırlar. Kiminsə əri rəhmətə gedibsə, xanım da təzə gəlindirsə, əri ölən onun evinə gedəndə ağırlığını gəlinin üzərinə salan hallar da çox olur.

- Fəridə xanım, əvvəldə qeyd etdiniz ki, canlı yayımda evlərdən əməllərı çıxarırsınız. İnsanlar sizi sosial şəbəkələr üzərindən canlı yayımlarla əməlləri yerini göstərən ekstrasens kimi tanıyır.

- Mən canlı vasitəsilə duanın, əməlin yerini deyirəm. Görüntünü müştəri açır, mən də yerini göstərirəm. Çalışıram ki, hər canlıda heç olmasa iki nəfərə edilən əməlin yerini deyim. Hər bir müştəriyə vaxt ayırıram. Mən özümü sübut etmiş insanam. Bir xanıma dedim ki, sizdə “Matruşka” kimi kukla var, əməl onun içərisindədir. Bunu tapdım. Xanım özü paylaşmışdı. Allah əlbəttə ki, istədi ki, bu aşkara çıxsın, mən də yerini dedim.

Aylin
Cebhe.info