Bakıda almaq istəməyənlərin də soruşduğu qiymət - REPORTAJ

Bakıda almaq istəməyənlərin də soruşduğu qiymət - REPORTAJ

Bakının bir çox yerlərində, xüsusi ilə “28 May” və “20 Yanvar” adlanan ərazilərdə telefon alqı-satqısı ilə məşğul olan mağazalar fəaliyyət göstərir.

Bu mağazalarda telefonlarla yanaşı, aksesuarlar, mobil nömrələr satılır, telefonların təmiri və digər xidmətlər göstərilir. 

Cebhe.info telefon bazarında son durumu araşdırıb və məlum olub ki, alqı- satqı yaxşıdır. Xüsusilə ilə yeni model telefonların satışı sürətlə davam edir. Ən çox satılan modellər isə “iPhone” modelləridir. Yeni modellərdən müqayisədə 2 -ci əl “iPhone” modelləri daha çox satılır. Satıcılar bildirirlər ki, “iPhone” modellərinə tələbat daha çoxdur. 

“Baha satanlardan daha çox alırlar”

“Alırıq, müştəri tez çıxır deyə satırıq, kreditlə də satmağa ehtiyac qalmır”,-deyə satıcılardan biri bildirib.

O deyib ki, iri elektronika mağazalarında kreditlə o qədər baha satılır ki, ən azı bir telefonun üstünə 500-600 manat qoyulur:

“Ancaq alıcılar onlardan daha çox telefon alırlar nəinki bizdən”. 

Başqa satıcı ilə söhbətləşib  2-ci əl telefonlara baxdıqda məlum oldu ki, bu mağazada ən çox "Xiaomi" "Samsung" və sadə "Nokia" modelləri satılır. Bu telefonlar yeni modellərlə müqayisədə xeyli ucuzdur. Misal üçün, "Samsung" A32, A33 modellərinin qiyməti yaddaşına görə dəyişir. 128 gb-lıq “Samsung” A32 modelinin qiyməti 200-300 manat civarında dəyişir.

"Xiaomi" Redmi Not 10 -dan başlayaraq Not 13 -ə qədər olan telefonların qiyməti 200-500 manat arası dəyişir. “Nokia” modelləri isə daha ucuz təklif olunur. Həm adı çəkilən brend modellərin yenisi çıxdıqca, tələbat da azalır, ona görə qiymətlər də aşağı düşür. 

“Hətta 3- 5 illik “iPhone” da satılır”

Satıcılar deyir ki, uzun müddət stabil qiymətdə qalan telefonlar “iPhone” modelləri olur. 

“Hətta 3- 5 ilin “iPhone” telefonları satışda çoxluqda olur. Alıcısı da var. Rahatlıqla  satışını həyata keçirmək mümkün olur”,-deyə satıcı bizi  “iPhone” modellərinin qiymətləri ilə tanış edir. 

Satıcının sözlərinə görə, yeni “iPhone” 11, 12, 13 və üst modeli 1000-2500 manat arası dəyişir. Ən baha model isə İphone 15 ProMax-dır. O,  4000 manata qədər təklif olunur. Satıcıdan “Kreditle satırsınız?”,- deyə soruşduqda bildirib ki, "Birkart"la satış mümkündür. Lakin kreditlə satılanda heç bir endirim olmur. Daxili kreditlə də satışı hərdən mümkün olur: “Gedib iri mağazalardan 400-500 manat bahasına almağa razı olurlar. Amma bizdən almaq istəmirlər”. 

“Elə zibil qutusuna ataram…”

Bu mağazalarına telefon satmağa gələnlərin şikayəti isə satıcılardandır. Deyirlər ki, telefon alverçileri çox ucuz alır və çox baha satırlar:

“Heç insafları yoxdur. Səhərdən 10- dan çox mağazaya getmişəm. 1000 manata aldığım telefona 400-500 manata təklif edirlər. Bu qədər ucuz telefon almaq olarmı? Heç insafları yoxdur? Bunları bu qədər ucuz satmaqdansa, elə zibil qutusuna atsam, daha yaxşı olar”.

Mağazalarda müşahidə etdiyimiz bir məqam isə alıcıların böyük əksəriyyətiin “iPhone” modellərinə olan marağıdır. Hətta almaq istəməyənlər belə girdikləri mazada mütləq “iPhone”nun qymətini soruşurlar…

Həsən Məmmədov 
Cebhe.info