“Anadolu Qartalı - 2025” 34 ölkənin mətbuatında - FOTOLAR

“Anadolu Qartalı - 2025” 34 ölkənin mətbuatında - FOTOLAR

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2025” beynəlxalq təlimini işıqlandırmaq üçün 34 ölkənin media nümayəndəsi izləyir.

"Report"un Konyaya ezam olunan əməkdaşı xəbər verir ki, təlimi işıqlandırmaq üçün gələn media nümayəndələrinin 502-i xarici ölkələrdən gələnlərdir.

Təlimdə icra olunan uçuşları 1 100-dən fotoqraf lentə alıb.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycan pilotları da uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edir.

Bundan başqa, Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində təlimi izləyir. Məqsəd ssenaridə, real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaqdır.

"Cebheinfo.az"