Arxiyeposkop etiraza başladığı kəndə qayıdır

Arxiyeposkop etiraza başladığı kəndə qayıdır

Ermənistanda etiraz aksiyasına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan bu gün Günən (Kirants) kəndinə yola düşəcək.

"Cebhe.info" xəbər verir ki, o, bu barədə Surb Anna kilsəsinin həyətində bildirib:

“Mən Kirantsa gedəcəyəm. Mənimlə gedən hər kəslə Abovyan yolundakı tufda (İrəvanın şimal qapısı) görüşəcəyik. Biz bütün bu müddət ərzində Kirantsa qayıtmamışıq və mən hesab edirəm ki, oraya qayıtmaq vacibdir”.

Arxiyepiskop çərşənbə axşamı saat 13:00-da ictimaiyyət nümayəndələri ilə görüşəcəyini də bildirib.

Məlumat üşün bildirək ki, arxiyepiskopun rəhbərlik etdiyi aksiya məhz həmin kənddən başlayıb.

Xəzər

"Cebhe.info"