Azərbaycan Ermənistana cavab göndərdi
Bu gün Ermənistan sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycan tərəfinin cavab təkliflərini qəbul edib (layihənin 11-ci təklif paketi).
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi yerli mətbuata məlumat verib.
Xatırladaq ki, bu gün Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan İrəvanın sülh müqaviləsinin mətninin razılaşdırılması və imzalanması üçün Bakıya təkliflər göndərdiyini və cavab gözlədiyini bildirib.
"Cebheinfo.az"