Azərbaycana sanksiya tətbiqinə qarşı çıxan müşavir HƏDƏFDƏ

Azərbaycana sanksiya tətbiqinə qarşı çıxan müşavir HƏDƏFDƏ

ABŞ Konqresinin ermənipərəst üzvü Adam Şiff Dövlət katibinin Qafqazda danışıqlar üzrə baş müşaviri Luis Bonoya etimadsızlıq göstərilməsi təşəbbüsü ilə çıxış edib.

Cebhe.info-nun məlumatına görə, Adam Şiff Nümayəndələr Palatasının üzvləri arasında Lui Bono barəsində imza toplanmasını təklif edib. Buna səbəb Lui Bononun martın 8-də regiona səfəri zamanı ermənilərin Azərbaycana sanksiya tətbiq edilməsi çağırışına qarşı çıxması olub:

“İndi sanksiyaların vaxtı deyil... Sanksiyalar əks nəticə verə bilər. Hazırda buna heç baxılmır”,-Bono Ermənistanda verdiyi açıqlamada belə deyib.

Amerika Erməni Milli Komitəsinin müraciəti əsasında Lui Bonoya göndərilən məktubda qeyd edilir:

“Açıq-aşkar "təcavüz"ə baxmayaraq, səfər zamanı Azərbaycana qarşı iqtisadi və diplomatik sanksiyaların tətbiqini istisna edən şərhləriniz bizi çox narahat edir. Məlumat veriblər ki, siz “İndi sanksiyaların vaxtı deyil... Bu, hazırda nəzərdən keçirilmir”demisiniz”.

Adam Şiff mövqeyini guya Azərbaycanın üç aydır ki, Laçın-Xankəndi yolunun bağlanması nəticəsində Qarabağda yaşayan ermənilərin "blokada"da qalması ilə əsaslandırmağa çalışıb.

Müşfiq Abdulla
Cebhe.info